Aprelin 6-sı Azərbaycan İdman Könüllüləri ictimai birliyi ilə Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyasının birgə təşkilatçılığı ilə
"Yeniyetməlik psixologiyası" mövzusunda onlayn seminar baş tutdu.
Psixoloq Aytən Əliyeva çıxışında yeniyetməlik və gənclik dövrünün xarakterik xüsusiyyətlərindən, bu dövrdə qazandığı müsbət və mənfi xüsusiyyətlərdən bəhs etdi.
Qeyd etdi ki, yeniyetməlik dövründəki psixoloji böhranı anlamaq üçün bu zamana qədər olan bütün dövrlərin inkişafını bilmək vacibdir.
Bundan başqa, yeniyetmələrdə idman psixologiyasından danışan Aytən Əliyeva gənclərin çox zaman bu sahədə qaşılaşdığı motivasiya əksikliyindən söz açaraq onun həll yollarını açıqladı. Görüşün sonunda psixoloq könüllülərin sualını cavablandırdı.
Müəllif: LEQAL.AZ