İyunun 27-si Azərbaycan İdman Könüllüləri ictimai birliyinin və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə "Natiqlik" mövzusunda onlayn seminar keçirildi.
Bu barədə LEQAL.AZ-a Azərbaycan İdman Könüllüləri İctimai Birliyindən məlumat verilib.
Seminarı giriş sözü ilə açan Birliyin sədri Miraqil Seyidzadə hamını salamlayaraq seminarın gedişinə uğurlar arzuladı.
Tanınmış natiq-jurnalist Cəlalə Nəzəroğlu seminarda özünüifadə problemi və onların həll yolları, söz ehtiyatının artırılması, ağız tənbəlliyinin aradan qaldırılmasında istifadə olunan praktik məşqlər haqqında məlumat verdi.
Bundan əlavə seminarda vaxtın səmərəli istifadəsi, dinləməyin əhəmiyyəti kimi məsələlərə də toxunuldu.
Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırıldı.