Aprelin 11-i Azərbaycan İdman Könüllüləri ictimai birliyinin və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə "Düşüncə və hislərimizi sərbəst ifadə etməyin yolları" adlı onlayn seminar keçirildi.
Azərbaycan İdman Könüllüləri ictimai birliyindən LEQAL.AZ-a verilən məlumata görə, təlimçi Səbinə Salman özünə güvənmək, özünə inanmaq və bunun üçün insana lazım olan faktorlar barəsində ətraflı məlumat verdi.
Yaşadığımız neqativ hadisələrdən düzgün nəticə çıxarmağın üsullarından bəhs etdi.
90-a yaxın gəncin iştirak etdiyi görüşdə özgüvən azlığının yaranma səbəbinin ailədə və cəmiyyətdə yaşadığımız dəyərsizlik duyğusu ilə bağlılığı və həll yolları müzakirə edildi.
Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.