06 iyul 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, aparatın sektor müdirləri Qəşəm Hadıyev və Nahid Həsənov, Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Xırmandalı bələdiyyəsinin nümayəndələri, şəhid ailələri və kənd sakinlərinin iştirakı ilə Ərəb kəndində şəhid məzarlarını ziyarət edib.
Ziyarətdə şəhidlərin məzarları önünə gül dəstələri düzülüb, onların əziz xatirəsi dərin ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Qeyd olunub ki, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin daim uca tutulması dövlətimizin və cəmiyyətimizin mənəvi borcudur.


