Moskvada raket xəbərdarlığı elan edildi

Moskvada raket xəbərdarlığı elan edildi
  • Maraqlı / Dünya

  • Moskva vilayətində raket hücumu təhlükəsi ilə bağlı həyəcan siqnalı işə düşüb.

    "Leqal" xəbər verir ki, aidiyyəti dövlət qurumları təcili bəyanat yayaraq yerli sakinləri dərhal təhlükəsiz yerlərə çəkilməyə çağırıb.

    Fövqəladə Halların Xəbərdarlığı üzrə Vahid Dövlət Sisteminin əhaliyə göndərdiyi rəsmi bildirişdə vətəndaşlardan evlərini tərk etməmək, pəncərələrdən uzaq durmaq və ya dərhal sığınacaqlara keçmək tələb olunur. Küçədə və ya nəqliyyatda olan şəxslərə isə ən yaxın yeraltı keçidlərə və ya dayanacaqlara sığınmaq tövsiyə edilib.

    Xəbərdarlıqda həmçinin qeyd olunub ki, hadisə ilə əlaqədar mobil internet xidmətində kəsintilər yarana bilər. Bununla yanaşı, hava hücumundan müdafiə (HHM) sistemlərinin və pilotsuz uçuş aparatlarının (PUA) fəaliyyətini videoya və ya fotoşəkilə çəkməyin qəti qadağan olduğu xüsusi vurğulanıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər