Masallı Rayon İcra Hakimiyyətinin başçısı rayon ərazisində yaşayan şəhid ailələrini, müharibə əlillərini və müharibə iştirakçılarını daim diqqətdə saxlayır, onların qayğıları ilə mütəmadi maraqlanır, yaranan problemlərin aradan qaldırılması istiqamətində mühüm addımlar atır.
01 iyul 2026-cı il tarixində Masallı rayonunun Böyük Xocavar kəndindən olan I Qarabağ müharibəsi şəhidi Bəyalı Məmmədovun anası Tahirə xanımın 86 yaşının tamam olması münasibətilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov və aparatın Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadiyev şəhid anasının evində olmuş, Tahirə xanımı doğum günü münasibətilə təbrik etmiş, ona xoş arzularını çatdıraraq hədiyyələr təqdim etmişlər.
Göstərilən diqqət və qayğıya görə şəhid anası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Masallı Rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını ifadə etmiş, onlara təşəkkürünü bildirmişdir.
