Ərkivan və Banbaşı ərazilərində yol infrastrukturu yaxşılaşdırılır

Ərkivan və Banbaşı ərazilərində yol infrastrukturu yaxşılaşdırılır
  • Cəmiyyət

  • Masallı rayonunda yol infrastrukturunun yenilənməsi və yaşayış məntəqələrinin abadlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.

    Belə ki, Ərkivan qəsəbəsində bələdiyyə tərəfindən Zeynoba məhəlləsində uzunluğu 320 metr, eni 4 metr olan qəsəbədaxili yola asfalt örtüyü döşənmişdir. Eyni zamanda ərazidə yağış və qrunt sularının axıdılması məqsədilə 400 metr uzunluğunda suaparıcı kanallar qazılmış, müvafiq borular quraşdırılmış və görülən işlərə ümumilikdə 22 500 manat vəsait sərf olunmuşdur.
    Banbaşı ərazisində isə ərazi nümayəndəliyinin təşəbbüsü və xeyriyyəçilərin dəstəyi ilə kənddaxili yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm işlər görülmüşdür. Belə ki, kəndin Məscid yolunda uzunluğu 300 metr olan hissəyə asfalt örtüyü döşənmiş və layihənin icrasına ümumilikdə 10 000 manat vəsait xərclənmişdir.

    Həmçinin ərazi nümayəndəliyinin təşəbbüsü ilə xeyriyyəçilər tərəfindən Şəhid Cavanşir Qasımov adına Banbaşı kənd tam orta məktəbinin giriş hissəsində 90 kvadratmetr sahəyə asfalt örtüyü salınmışdır. Bu işlərin görülməsinə 1 500 manat vəsait sərf edilmişdir.
    Həyata keçirilən abadlıq-quruculuq tədbirləri əhalinin rahatlığının təmin edilməsinə, nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına və yaşayış məntəqələrinin sosial simasının daha da gözəlləşdirilməsinə xidmət edir.



    PAYLAŞ:

    Oxşar xəbərlər