Rayon rəhbəri Musakücə kəndində asfaltlaşdırılan yola baxış keçirib

Rayon rəhbəri Musakücə kəndində asfaltlaşdırılan yola baxış keçirib
  • ---

  • Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Musakücə kəndində xeyriyyəçilərin dəstəyi ilə asfaltlaşdırılan məscid yoluna baxış keçirib.

    Xeyriyyəçilərin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində uzunluğu 320 metr, eni 5 metr, asfalt örtüyünün qalınlığı 7 santimetr olan yol asfaltlanaraq istifadəyə verilib. Layihənin icrasına 26 min manat vəsait sərf olunub.

    Rayon rəhbəri görülən işləri yüksək qiymətləndirərək kəndlərin sosial infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, yaşayış məntəqələrində yol infrastrukturunun yenilənməsi sakinlərin rahatlığının təmin olunmasına və kəndlərin inkişafına mühüm töhfə verir.

    Kənd sakinləri göstərilən diqqətə və həyata keçirilən layihəyə görə minnətdarlıqlarını ifadə ediblər.
    Baxış zamanı kənddə görülən abadlıq-quruculuq işləri də nəzərdən keçirilib, ərazinin daha da abadlaşdırılması ilə bağlı aidiyyəti qurumlara müvafiq tövsiyələr verilib.

    PAYLAŞ:

    Oxşar xəbərlər