Savadın ÜMİD ünvanı - FOTO

Savadın ÜMİD ünvanı - FOTO
  • Təhsil

  • Çağdaş Azərbaycan cəmiyyətində gənclərin elmi biliklərin əsaslarına, savada yiyələnmələri, ali məktəblərə hazırlanması işinə repetitorluq institutunun əhəmiyyətli töhfələr verməsi artıq danılmaz gerçəklik kimi etiraf olunur. Fəaliyyəti təqdir olunan repetitor kollektivlərindən biri də paytaxtın Sabunçu rayonunun I Zabrat qəsəbəsində fəaliyyət göstərən “Ümid” Tədris Mərkəzidir.

    Yerli ictimaiyyət nümayəndələri, təlim alan gənclərin valideynləri arasında sorğular aparmışıq. Burada verilən təlimin keyfiyyəti, çalışan müəllimlərin savadı barədə yüksək fikirlər söyləyiblər. Şagirdlərlə də görüşlərimiz olub. Bildiriblər ki, “Ümid” Tədris Mərkəzinin rəhbəri, təcrübəli pedaqoq, səriştəli təşkilatçı Qasımova Elnurə Azay qızı başda olmaqla,  onlara hazırlıq kursu keçən bütün müəllimlərə minnətdardırlar və gələcəkdə ali təhsil müəssisələrində təhsil alacaqları müddətdə də, seçdikləri ixtisasa yiyələnib xalq təsərrüfatının müxtəlif sahələrində çalışıb Vətənə, ölkənin tərəqqisinə xidmət edəcəkləri zamanda da sevimli müəllimlərinin üzünü ağ etmək, onlara çəkilən zəhməıtin hədər getmədiyini təkrar-təkrar isbatlamaq üçün əllərindən gələni əsirgəməyəcəklər.


    “Ümid” TM-də Azərbaycan dili, Ədəbiyyat, Riyaziyyat, İngilis dili, Rus dili, Kompüter proqramları, (Office proqramları, Corel Drav), Məktəbəqədər hazırlıq, Erkən inkişaf, Rəqs, Gimnastika, Psixoloq, Musiqi (Piano, Saz, Gitara), Tibb kursu, dərzi, Şahmat, MİQ (Müəllimlərin işə qəbulu), İdman (Güləş, Boks) kursları təlim etdirilir. Mehriban, səmimi, ən əsası isə bilikli kadrlardan formalaşmış tədris mərkəzinin kollektivi universiteti yeni bitirmiş gənc müəllimlər üçün də cəlbedici təsir bağışlayır. Burada görürlər ki, idarəetmədə şəffaflıq təmin olunur, qanunvericiliyin bütün şərtlərinə ciddiliklə əməl edilir, təlim üçün qənaətbəxş səviyyədə maddi-texniki baza qurulub, hazırlıq kurslarına gələn aztəminatlı ailələrin övladlarına güzəştlər, şəhid ailələrinin, Qarabağ müharibəsi qazilərinin övladlarına isə ümumiyyətlə, pulsuz xidmət nəzərdə tutulub. Tədris mərkəzinin pedaqoji kollektivi və şagirdləri mütəmadi olaraq, rayonun təhsil və idman qurumları ilə tərəf müqabili kimi çıxış edərək müxtəlif tədbirlərdə - şagirdlərin müxtəlif sahələr üzrə istedad və qabiliyyətinin, dünyagörüşünün, intellektual səviyyəsinin, müzakirə, təhliletmə, nitq, özünü təqdimetmə, kollektivi təmsiletmə qabiliyyətinin inkişafı və İKT-dən istifadə bacarıqlarının üzə çıxarılmasına kömək edən yarışlarda iştirak edir, təqdirəlayiq nəticələr göstərirlər.

    Bir qayda olaraq, “Ümid” TM-nin müdavimləri yüksək nəticələr göstərərək, ölkənin müxtəlif ali təhsil müəssisələrinə qəbul olunurlar.

    “Ümid” TM-də məzunlara imtahana gedərkən həyəcanlanmamaları üçün tövsiyələr verilir, imtahan zamanı nələri etmək, nələri etməmək lazım olduğu barədə məsləhət görülür.

    “Ümid” TM xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən bəzi məhdudiyyətlərə tam əməl etmiş, məhdudiyyətlərin qismən aradan qaldırıldığı dövrdə  qrup halında məşğələlər məqsədəuyğun sayılmamış, online dərslər, sınaq və seminarlar keçirilmişdir.


    Ümumiyyətlə, “Ümid” TM-də əvvəllər müşahidə etdiklərimiz belə qənaətə gəlməyimizə əsas verib ki, burada hətta təlimin nəzərdə tutulmadığı əlamətdar qeyri-iş günlərində belə öyrədənlərin əsas qayğısı bilik vermək, öyrənənlərin qayğısı isə bilik mənimsəməkdir. Müəllimlər bir-biri ilə müasir təhsildə, məktəbdə müşahidə etdikləri tendensiyaları, problemləri müzakirə edir, hansı təlim üsulunun daha effektiv olduğu barədə fikir mübadiləsi aparırdılar. Gənclərsə hansısa dərs məsələlərinin, kurs tapşırıqlarının həlli mövzusunda söhbətləşirlər. Yəni, hər detal ondan xəbər verir ki, burada kifayət qədər ciddi, qarşılarına qoyduqları məqsədə nail olmağa israrlı şəxslər bir araya gəliblər.

    Tural Kəlbəcərli
    "102-ci qəzet" in baş redaktoru 


    PAYLAŞ:

    Oxşar xəbərlər