Tanınmış pedaqoq Aliyə Təhmasib vəfat edib

Tanınmış pedaqoq Aliyə Təhmasib vəfat edib
  • Təhsil

  • Tanınmış pedaqoq, Bakıda 132 saylı məktəbin sabiq direktoru Aliyə Təhmasib vəfat edib.

    Bu barədə onun yaxınları sosial şəbəkələrdə paylaşım ediblər.

    Məlumata görə, o, 75 yaşında dünyasını dəyişib.

    Qeyd edək ki, Aliyə Təhmasib 1985-1989-cu illərdə SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olub. Bundan başqa o, vaxtilə Qadınlar Şurasının sədr müavini kimi fəaliyyət göstərib. 2010-cu ildə direktoru olduğu məktəbdən fəxri təqaüdə yola salınıb. 
    PAYLAŞ:

    Oxşar xəbərlər