Respublikanın 20-yə yaxın bölgəsində tədris müharibə vəziyyətinə görə dayandırılıb.
LEQAL.AZ xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev oktyabrın 30-da keçirilən brifinqdə deyib.
Nazir qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı təcavüzü, müxtəlif şəhər və rayonlara raket zərbələri endirməsi nəticəsində 9 nəfər məktəbli həlak olub, 16 nəfər məktəbli xəsarət alıb və 50-dək təhsil müəssisəsinə zərər dəyib.