Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formada təşkil olunacaq.
LEQAL.AZ xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev oktyabrın 30-da keçirilən brifinqdə deyib.
Nazir qeyd edib ki, bununla əlaqədar Baş Nazir Əli Əsədov “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” Qərar imzalayıb. Qərar 2020-ci il dekabrın 1-dək qüvvədədir.