NATO-nun xüsusi nümayəndəsi Rusiya sülhməramlılarının Azərbaycanda yerləşdirilməsinə münasibət bildirib

NATO-nun xüsusi nümayəndəsi Rusiya sülhməramlılarının Azərbaycanda yerləşdirilməsinə münasibət bildirib
  • Siyasət

  • “Bölgədə təhlükəsizliklə bağlı vəziyyət əsaslı şəkildə dəyişib”.

    LEQAL.AZ  report-a istinadən xəbər verir ki, bunu NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Gürcüstanın Birinci kanalına müsahibəsində deyib.

    O, Gürcüstana Azərbaycanla Ermənistan arasında əldə olunmuş humanitar razılaşmada oynadığı çox mühüm rola görə minnətdarlıq bildirib: “Bu, Gürcüstanın regional təhlükəsizliyə verdiyi töhfənin nə qədər önəmli olduğunu göstərdi”.

    NATO rəsmisi qeyd edib ki, Qarabağ müharibəsindən sonra Gürcüstan ətrafında Rusiya hərbi qüvvələrinin sayı artıb. “Dağlıq Qarabağda müharibədən sonra baş verənlər Gürcüstanın təhlükəsizliyi ilə bağlı vəziyyəti yaxşılaşdırmadı. Hazırda Rusiya qüvvələri Azərbaycandadır və Gürcüstan ətrafında daha çox rus qoşunu var. Düşünürəm ki, Azərbaycan da rusiyalı hərbçilərin mövcudluğunu müvəqqəti hadisə kimi qəbul edir. Bildiyim qədər söhbət beş illik müddətdən gedir. Biz bu vəziyyəti gürcü həmkarlarımızla müzakirə edəcəyik”.

    Qeyd edək ki, C.Appaturay Gürcüstanda səfərdədir.
    PAYLAŞ:

    Oxşar xəbərlər