Rusiya XİN başçısı Türkiyəyə uçur

Rusiya XİN başçısı Türkiyəyə uçur
  • Siyasət

  • Tərəflər Cənubi Qafqazda, Yaxın Şərqdə və Cənubi Afrikada, eləcə də dünyanın bir sıra digər bölgələrində vəziyyəti müzakirə edəcəklər.

    Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Türkiyənin Antalya şəhərində iyunun 30-da Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ikitərəfli münasibətlərin inkişaf perspektivlərini, eləcə də aktual regional və beynəlxalq məsələləri müzakirə edəcək.

    LEQAL.AZ  sputnik-ə istinadən xəbər verir ki, bu barədə məlumat Rusiya XİN-in saytında yerləşdirilib.

    Gözlənilir ki, nazirlər müzakirələrdə ikitərəfli və beynəlxalq məsələlərin geniş spektrinə toxunacaqlar.

    Həmçinin Cənubi Qafqazda, Yaxın Şərqdə, Şimali Afrikada, Əfqanıstanda, Ukraynada, Mərkəzi Asiyada, Şərqi Aralıq dənizində, Qara dəniz bölgəsində vəziyyətə də nəzər salacaqlar.

    Lavrovla Çavuşoğlunun həmçinin Suriya münaqişəsinin siyasi həll yolu və yerli sakinlərə humanitar yardımın artırılmasını, antiterror tədbirləri müzakirə edəcəkləri də gözlənilir. Bundan başqa, tərəflər Liviyadakı durum barədə də fikir mübadiləsi aparacaqlar.

    İkitərəfli münasibətlər kontekstində Rusiya və Türkiyə XİN rəhbərləri ticari-iqtisadi əməkdaşlığı və onun həmçinin Türkiyənin tətbiq etdiyi ticari baryerləri ləğv etmık yolu ilə keyfiyyətli artımının təminatını nəzərdən keçirəcəklər. Tərəflər hərbi-texniki əməkdaşlıq da daxil olmaqla yüksək texnologiyalar sahəsində kooperasiyanın genişləndirilməsini müzakirə edəcəklər.

    Türkiyədə olan Rusiya vətəndaşlarının təhlükəsizlik məsələsi, COVID-19-la mübarizə, Rusiyanın "Sputnik-V" vaksininin tətbiqi və onun Türkiyədə istehsalının təşkili, rus-türk mədəni-humanitar əməkdaşlıq, iki ölkənin vətəndaş institutları xətti üzrə qarşılıqlı əlaqələr də müzakirə mövzusu olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər