Ərdoğan yaxın vaxtlarda Putinlə görüşəcək:

Ərdoğan yaxın vaxtlarda Putinlə görüşəcək:
  • Siyasət

  • Türkiyə Prezidenti Zəngəzur layihəsi ilə bağlı hazırda Rusiya tərəfindən bir fikir ayrılığı, ya da bu işi gecikdirmək kimi bir niyyət olduğunu ehtimal etmədiyini bildirib.

    LEQAL.AZ  sputnik-ə istinadən xəbər verir ki, yaxın vaxtlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüş keçirəcək. Sputnik Azərbaycan "Milliyet"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngəzur dəhlizindən danışarkən bildirib.

    "Azərbaycanın Zəngəzur layihəsini çox önəmli görürük və dəstəkləyirik. Açılacaq bu dəhliz bölgə üçün çox önəmli bir imkan olacaq. Bu məsələ ilə bağlı hazırda Rusiya tərəfindən bir fikir ayrılığı, ya da bu işi gecikdirmək kimi bir niyyət olduğunu ehtimal etmirəm. Tam əksinə, Rusiya bu məsələdə yardım etmək əhvalındadır. İlham Əliyev qardaşımın bu məsələ ilə bağlı danışıqları var, yaxın bir vaxtda Putinlə də ikitərəfli görüş keçirmək istəyirik. Lakin biz hazırda bir şeyə diqqətimizi cəmləmişik. O da 5 illik anlaşmadır. Bu beş illik anlaşma ilə bu addımı atmağı istəyirik. Burada bir platforma məsələsi var. Bu platformanın lider ölkələri Rusiya, Türkiyə, Azərbaycan və İrandır. Üstəlik, Gürcüstanda olmasını, Ermənistanda olmasını istəyirik. Rusiya bunun baş tutmasını istəyir", - Ərdoğan bildirib.

    Minaların xəritəsi Azərbaycana verilməlidir

    Türkiyə Prezidenti Ermənistan tərəfindən minalanmış ərazilərin xəritəsinin verilməsinin bu prosesə dəstək olacağını da qeyd edib. O, həmçinin Ermənistana minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil verməklə bağlı çağırış da edib. Ermənistanın etimad artıracaq addımlar atmağa başlamasının zəruriliyini vurğulayıb.

    "Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil verməsi bu istiqamətdə əhəmiyyətli bir addım olacaq", - deyə Ərdoğan vurğulayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər