Belçikanın paytaxtı Brüsseldə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ dövlət başçısı Co Bayden arasında görüş başa çatıb.
LEQAL.AZ-ın məlumatına görə, görüşdə Türkiyə-ABŞ münasibətləri, o cümlədən ikitərəfli əlaqələr müzakirə edilib. Təkbətək görüş nümayəndə heyətlərinin görüşü ilə davam etdirilib.
Qeyd edək ki, görüş NATO-ya üzv ölkələrin liderlərinin zirvə toplantısı çərçivəsində keçirilib və 45 dəqiqə davam edib.