Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində bölmələrimizə atəş açıb

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində bölmələrimizə atəş açıb
  • Siyasət

  • Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Kəlbəcər istiqamətində bölmələrimizə atəş açması ilə bağlı məlumat yayıb.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən LEQAL.AZ-a daxil olan məlumatda bildirilib:

    “Ermənistan Müdafiə nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinə atəş açması barədə açıqlama yayıb.

    Ermənistan silahlı qüvvələri tərəfindən Silahlı Qüvvələrimizin mövqelərinə atəş açılması faktı öz təsdiqini tapıb. Açılmış atəş nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti sırasında həlak olan və ya yaralanan yoxdur.

    Bu fakt bir daha onu sübut edir ki, Ermənistan tərəfi seçki öncəsi qəsdən iki ölkənin dövlət sərhədi istiqamətində vəziyyəti gərginləşdirmək və hərbi təxribatlar törətmək siyasətini davam etdirir.

    Baş vermiş hadisəyə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür”.
    PAYLAŞ:

    Oxşar xəbərlər