Fikrət Sadıxov: “Qərb-Rusiya münasibətləri olduqca gərgindir”

Fikrət Sadıxov: “Qərb-Rusiya münasibətləri olduqca gərgindir”
  • Siyasət

  • Politoloq Fikrət Sadıxov deyir ki, kimsə yenidən dialoq şurasının yaranmasının mümkün olacağını düşünürsə, yanılır.

    Fikrət Sadıxov: “Qərb-Rusiya münasibətləri olduqca gərgindir”

    “Rusiya NATO ilə dialoqdan geri çəkilmir”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

    LEQAL.AZ   xəbər verir ki, politoloq Fikrət Sadıxov sputnik azərbaycan-a deyir ki, 90-cı illərdə NATO-Rusiya dialoqu şurası yaranmışdı, amma bu çox davam etmədi: “Tərəflərin arasında ziddiyyətlər dialoqun uzunmüddətli olmasına imkan vermədi. Kimsə düşünürsə ki, yenidən belə bir dialoq şurasının yaranması mümkündür, məncə, yanılır. Hazırda Qərb-Rusiya münasibətləri olduqca gərgindir. Ona görə də onların əməkdaşlığı real görünmür. Tərəflər arasında soyuq müharibənin müəyyən bir fazası yaşanır”.
    PAYLAŞ:

    Oxşar xəbərlər