Rəcəb Tayyib Ərdoğan: Qardaş Azərbaycan bu il Respublika Gününü Vətən müharibəsində qazandığı haqlı zəfərinin qüruru ilə taclandırıb

Rəcəb Tayyib Ərdoğan: Qardaş Azərbaycan bu il Respublika Gününü Vətən müharibəsində qazandığı haqlı zəfərinin qüruru ilə taclandırıb
  • Siyasət

  • Qardaş Azərbaycan bu il Respublika Gününü Vətən müharibəsində qazandığı haqlı zəfərinin qüruru ilə taclandırıb. Türkiyə də “kədərini öz kədəri” hesab etdiyi Azərbaycanın bu xoşbəxtliyini böyük sevinc hissi ilə bölüşür.

    LEQAL.AZ xəbər verir ki, bu fikirlər Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Respublika Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrikində ifadə olunub.

    “Mükəmməl səviyyədə olan strateji əlaqələrimizi "Bir millət, iki dövlət" ruhu ilə daha da möhkəmləndirmək istiqamətindəki qarşılıqlı iradəmizdən böyük məmnuniyyət duyuram. Qardaşlıq və əməkdaşlığımızın regionumuzda sülh, sabitlik və rifahın ən böyük təminatı olduğuna inamım qətidir”, - deyə Türkiyə Prezidenti qeyd edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər