“Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin sərhəd xəttinə yaxın Kəlbəcər istiqamətində təxribat törətməsi barədə məlumat yayıb. Bir qrup erməni diversant-terrorçu Azərbaycan ərazilərinə keçməyə cəhd göstərib”.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter”də bildirib.
O qeyd edib ki, bu, növbəti təxribat xarakterli hərəkətdir.
“Eyni zamanda, bu, üçtərəfli bəyanatın Ermənistan tərəfindən pozulmasıdır!”, - deyə XİN rəsmisi vurğulayıb.
Leyla Abdullayeva
@LAbdullayevaMF