Azərbaycan və Portuqaliya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin ikinci raundu keçirilib

Azərbaycan və Portuqaliya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin ikinci raundu keçirilib
  • Siyasət

  • Aprelin 29-da Azərbaycan Respublikası və Portuqaliya Respublikasının Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin ikinci raundu idarə rəisləri səviyyəsində videokonfrans formatında keçirilib.

    Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən LEQAL.AZ-a bildiriblər ki, məsləhətləşmələr zamanı Azərbaycan və Portuqaliya arasında ikitərəfli əlaqələr nəzərdən keçirilib, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, təhlükəsizlik, regional və digər maraq kəsb edən məsələlər müzakirə olunub. Portuqaliyanın Avropa İttifaqı Şurasına hazırkı sədrliyi nəzərə alınaraq, həmçinin Azərbaycanın Aİ ilə əməkdaşlığı məsələləri üzrə fikir mübadiləsi aparılıb.

    Müzakirələr zamanı yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin, eləcə də parlamentlərarası əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.

    Tərəflər, pandemiya ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra, siyasi məsləhətləşmələrin növbəti raundunun əyani şəkildə keçirilməsini razılaşdırıblar.
    PAYLAŞ:

    Oxşar xəbərlər