Ali Məhkəmənin hakimi intihar etdi

Ali Məhkəmənin hakimi intihar etdi
  • Hadisə / Maraqlı

  • Ali Məhkəmənin Kommersiya Kollegiyasının hakimi İlqar Dadaşov intihar edib.

    Leqal.az xəbər verir ki, 62 yaşlı hakim yaşadığı evdə özünü asaraq həyatına son qoyub.

    O, şəkərli diabetdən əziyyət çəkirmiş. Əldə etdiyimiz məlumata görə, xəstəlik səbəbindən depressiv vəziyyətə düşən hakim intihar edib.

    Qeyd edək ki, İlqar Dadaşov 1962-ci ildə anadan olub. O, 1984-1989-cu illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.

    1989-1993-cü illərdə Vəkillər Kollegiyasının Neftçala rayon hüquq məsləhətxanası vəkil kimi çalışıb. 1993-2000-ci illərdə Respublika Prokurorluğunda idarə prokuroru olub. 2000-2007-ci illərdə İqtisad Məhkəməsində, 2007-2010-cu illərdə isə Bakı Apellyasiya Məhkəməsində hakim vəzifəsində çalışıb. İ.Dadaşov 2010-cu ildən Ali Məhkəməsinin hakimi idi.

    Tanınmış hakim 2023-cü ildə Prezidentin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdi.
    PAYLAŞ:

    Oxşar xəbərlər