Aprelin 16-da Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəsi səfir Kestudis Yankauskas Xarici İşlər Nazirliyinə dəvət edilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən LEQAL.AZ-a bildiriblər ki, görüşdə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın bu il aprelin 14-də Ermənistana səfəri çərçivəsində özünü “xarici işlər naziri” kimi qələmə verən, qanunsuz rejimin nümayəndəsi David Babayan ilə görüşməsi ilə bağlı səfir Yankauskasa etiraz bildirilib.
Aİ nümyəndəsi Toivo Klaarın münaqişə sonrası bölgədə yaranmış yeni reallıqları nəzərə almayan, kövrək sülhə təhdid doğuran və qarşı tərəfə əsassız gözləntilər verən addımlar atmasının yolverilməz olduğu vurğulanıb.
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin bu kimi fəaliyyətinin Azərbaycan tərəfinin ona olan etimadını heçə endirdiyi qarşı tərəfin diqqətinə çatdırılıb.