Ukrayna prezidenti Volodımır Zelenskinin Türkiyəyə işgüzar səfəri başlayıb.
LEQAL.AZ-ın məlumatına görə, səfər çərçivəsində dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşərək, regiondakı vəziyyət, ikitərəfli münasibətlərin inkişafı barədə müzakirələr aparacaq.
Sonra hər iki ölkənin prezidentlərinin iştirakı ilə Türkiyə-Ukrayna Yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasının 9-cu iclası keçiriləcək.
Səfər çərçivəsində ikitərəfli əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması nəzərdə tutulur./report