Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 2-də Türkiyə Respublikasının ticarət naziri Ruhsar Pekcan ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən LEQAL.AZ-a verilən məlumata görə, görüşdə Azərbaycan-Türkiyə iqtisadi-ticari əlaqələrinin genişləndirilməsi perspektivləri müzakirə olunub, iki ölkə arasında bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə edilib.