Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədə səfərdə olan Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevi qəbul edib.
LEQAL.AZ xəbər verir ki, İstanbulun “Vəhdəttin Köşkü”ndə baş tutan görüş mediaya qapalı şəraitdə keçib.
Təxminən 45 dəqiqə davam edən görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidan da iştirak ediblər.(azərtac)