Düşənbədə Azərbaycanın və Pakistanın XİN başçıları arasında görüş olub

Düşənbədə Azərbaycanın və Pakistanın XİN başçıları arasında görüş olub
  • Siyasət

  • Martın 30-da Tacikistanın paytaxtı Düşənbədə keçirilən “Asiyanın ürəyi - İstanbul prosesi” 9-cu Nazirlər Konfransı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi ilə görüşüb.

    Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən LEQAL.AZ-a bildiriblər ki, görüşdə tərəflər Azərbaycan ilə Pakistanın ikitərəfli əlaqələrlə bağlı məsələləri, o cümlədən Azərbaycanın Dövlət Neft Şirkəti ilə Pakistanın şirkətləri arasında əməkdaşlığım perspektivlərini, mülki aviasiya sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

    Tərəflər Azərbaycan ilə Pakistan arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edərək, bu xüsusda hökumətlərarası ticarət və iqtisadiyyat komissiyasının Bakıda keçiriləcək növbəti iclasını vurğulayıblar.

    Nazirlər, həmçinin parlamentlərarası əlaqələrin inkişafının əhəmiyyətini qeyd ediblər.

    Görüş zamanı, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər