Dmitry Piskov: Türkiyə Rusiya Federasiyasının mühüm strateji tərəfdaşıdır

Dmitry Piskov: Türkiyə Rusiya Federasiyasının mühüm strateji tərəfdaşıdır
  • Siyasət

  • Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyəni Rusiya Federasiyasının mühüm strateji tərəfdaşı adlandırıb.

    LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, D.Peskov jurnalistlərlə söhbətində deyib: “Şübhəsiz, Türkiyə Rusiya Federasiyasının çox mühüm tərəfdaşı, strateji tərəfdaşıdır”. O daha sonra əlavə edib ki, Rusiya və Türkiyə demək olar ki, bütün regional məsələlər barədə sıx qarşılıqlı fəaliyyət göstərir.

    “Azərbaycanda atəşkəs şərtlərinə riayət edilməsi və üçtərəfli Bəyanata əsasən tərəflərin öz üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsinin Monitorinq Mərkəzi çərçivəsində türklərlə sıx qarşılıqlı fəaliyyətimiz davam edir, Suriya barədə çox fəal qarşılıqlı əlaqə saxlayırıq”, - deyən D.Peskovun sözlərinə görə, Suriyada yaranmış bəzi mürəkkəb məqamlara baxmayaraq RF və Türkiyə prezidentləri həmişə kompromis variant tapmağa nail olublar.

    Kreml nümayəndəsi əminliklə deyib: “Biz tərəfdaşlarımızın hətta mürəkkəb vəziyyətlərdə də kompromis tapmaq üzrə siyasi əzmkarlığını yüksək qiymətləndiririk”.

    D.Peskov bir məqama diqqəti yönəldib ki, RF və Türkiyə ticari-iqtisadi münasibətlər kompleks xarakter daşıyır. O xatırladıb ki, söhbət energetika sahəsində və digər sferalarda uzunmüddətli əməkdaşlıq layihələrindən gedir.

    RF Prezidentinin mətbuat katibi vurğulayıb: “Söhbət həqiqi tərəfdaşlıqdan, qarşılıqlı faydalı tərəfdaşlıqdan gedir”.
    PAYLAŞ:

    Oxşar xəbərlər