Yeni Azərbaycan Partiyasının Sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov kollektivə təqdim olunub

Yeni Azərbaycan Partiyasının Sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov kollektivə təqdim olunub
  • Siyasət

  • Martın 9-da Yeni Azərbaycan Partiyasının Sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov kollektivə təqdim olunub.

    Bu barədə LEQAL.AZ-a partiyadan məlumat verilib.

    Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini Əli Əhmədov çıxış edərək Yeni Azərbaycan Partiyasının martın 5-də keçirilən VII Qurultayında partiyanın Sədri, Prezident İlham Əliyevin proqram xarakterli çıxışından bəhs edərək, partiyanın strukturunda da ciddi dəyişikliklərin olunduğunu diqqətə çatdırıb.

    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri çıxışında ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı islahatların həyata keçirildiyini və bu islahatların siyasi sferanı da əhatə etdiyini diqqətə çatdırıb. Ədalət Vəliyevin sözlərinə görə, Yeni Azərbaycan Partiyasının VII Qurultayında qəbul olunmuş qərarlar da bu islahatların tərkib hissəsi hesab olunmalıdır.

    YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqovun fəaliyyətinin Azərbaycan ictimaiyyətinə yaxşı tanış olduğunu deyən Ədalət Vəliyev qeyd edib ki, Tahir Budaqov uzun illərdir həm siyasi, həm də dövlət orqanlarında uğurla fəaliyyət göstərir.

    Çıxış edən YAP-ın Sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov göstərilən böyük etimada görə Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevə təşəkkürünü bildirib və bu etimadı layiqincə doğrultmağa çalışacağını, partiyanın qarşısında dayanan vəzifələrin uğurla yerinə yetirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

    PAYLAŞ:

    Oxşar xəbərlər