Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı keçiriləcək.
LEQAL.AZ-ın xəbərinə görə, bu, YAP-ın VII qurultayıdır.
Qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq.
Qeyd edək ki, 1992-ci ildə yaradılan partiyanın sonuncu qurultayı 2018-ci ilin fevralın 8-də keçirilib.
Partiyanın hazırkı sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.