Ermənistan prezidenti Armen Sarkisyan Qasparyanla bağlı qərarı haqqında bir neçə saat ərzində məlumat verəcək.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, prezidentlə görüşün nəticələri barədə Vətən Partiyasının sədri Artur Vanesyan məlumat verib.
O qeyd edib ki, Armen Sarkisyan müxalifəti dinləyib və baş qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi məsələsi barədə qərarı haqqında bir neçə saat ərzində məlumat verəcəyinə söz verib.
*****
11:50
Ermənistan prezidenti Armen Sarkisyan və müxalifət liderlərinin görüşü keçirilib.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, görüşdə "Vətənin xilası uğrunda hərəkat"ın lideri Vazgen Manukyan, Vətən Partiyasının sədri Artur Vanesyan, Daşnaksütun Partiyasının təmsilçisi Artsvik Minasyan və Serj Sarkisyanın partiyasından Vaqram Baqdasaryan iştirak edib.
Qeyd edək ki, dünən Ermənistan müxalifəti prezidentlə fövqəladə görüş tələbi ilə çıxış etmişdi.