Bu gün səhər Sarkisyan öz iqamətgahında Qasparyanla görüşüb. Bundan öncə isə prezident Baş Qərargaha gedərək rəhbərliklə görüş keçirmişdi.
Ermənistan prezidenti Armen Sarkisyan Baş Qərargah rəisi Onik Qasparyanın istefası barədə qərarı özünün əsaslandırmalarını da qeyd edərək baş nazir Nikol Paşinyana qaytarıb.
LEQAL.AZ xəbər verir ki, bu barədə Sputnik Ermənistan yazır.
Qərar qəbul etmək üçün Sarkisyanın 3 günü vardı, vaxt da bu gecə 00:00-da bitirdi. Məsələ üç yolla həll oluna bilərdi: Sarkisyan qərarı imzalayır; üç gün ərzində imzalamır və Qasparyanın qovulması qərarı avtomatik olaraq qüvvəyə minir; öz qeydlərini də əlavə edərək baş nazirə qaytarır.
Əgər baş nazir öz qərarını geri götürməsə və yenidən prezidentə yönləndirsə, o zaman sonuncu sənədin uyğunluğu barədə qərar verməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edə bilər.
-------
17:55
Ermənistan prezidenti Armen Sarkisyanın Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad olunmasına dair qərar verməsi üçün ayrılan vaxt şənbədən bazara keçən vaxt, gecəyarısı bitir.
-------
17:55
Ermənistan prezidenti Armen Sarkisyanın Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad olunmasına dair qərar verməsi üçün ayrılan vaxt şənbədən bazara keçən vaxt, gecəyarısı bitir.
Bunu Sputnik Ermənistan-a prezidentin müşaviri Asmik Petrosyan deyib.
"Prezident hansısa qərara gəlibmi?" sualına Petrosyan: "Cavab verməkdə çətinlik çəkirəm", - söyləyib.
Bu gün səhər Sarkisyan öz iqamətgahında Qasparyanla görüşüb. Bundan öncə isə prezident Baş Qərargaha gedərək rəhbərliklə görüş keçirmişdi.
Hazırda parlament önündə keçirilən mitinqdə "Vətənin xilası naminə hərəkat"ın koordinatoru, daşnak İşxan Saqatelyan bildirmişdi ki, prezident 18:00-da qərar verəcək və müxalifət də bundan sonrakı hərəkətləri barədə məlumatı açıqlayacaq.
Hüquq mütəxəssisləri isə Sarkisyana verilən müddətin bazar səhəri bitəcəyini qeyd ediblər. Ermənistanda vəziyyət Ermənistan Silahlı Qüvvələrinin
Baş Qərargahının ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb etməsilə qarışıb.
Bu barədə Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyan, onun bütün müavinləri, bütün böyük hərbi birliklərin idarə rəhbərləri və komandirlərinin imzaladığı bəyanatda bildirilir.
Hərbçilər qeyd ediblər ki, Ermənistan Baş Qərargah rəisinin birinci müavini Tiqran Xaçatryanın istefaya göndərilməsi barədə qərarın milli və dövlət maraqları nəzərə alınmadan, yalnız şəxsi ambisiyalara əsaslanaraq verildiyini hesab edirlər. "Belə çətin şəraitdə verilən qərar dövlət əleyhinə olan məsuliyyətsiz addımdır", - deyə bəyanatda bildirilir.
Buna cavab olaraq Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Baş Qərargahının bəyanatını hərbi çevrilişə cəhd adlandırıb və Qasparyanın qovulmasını tələb edib.