Erməni diasporunun yaratdığı mif köpük kimi dağıldı

Erməni diasporunun yaratdığı mif köpük kimi dağıldı
  • Siyasət

  • Fevralın 26-da Azərbaycan televiziyasında izlədiyimiz Respublika Prezidenti cənab İlham Əliyevin yerli və xarici mətbuat nümayəndələri üçün keçirdiyi mətbuat konfransı uzun müddət xatırlanacaq. Ölkə rəhbərinin dünyanın ən təcrübəli jurnalistlərinin suallarına ətraflı, sübut-dəlillərlə, siyasi arenaya dərindən nüfuz etməklə, təmkinlə verdiyi cavablar adamda qürur hissi yaradır.

    Ermənistanın Azərbaycana qarşı düşmənçiliyinin dərin kökü, onların məqsəd və məramı çox incəliklərlə, sadə bir dildə konfrans iştirakçılarına izah edildi. Cənab İlham Əliyev Ermənistanın 30 ildə ölkəmizə qarşı törətdiyi təxribatların  müfəssəl məlumatı bütün mediya nümayəndələrinə dəqiqliyi ilə çatdırdı. Verilən sualları dörd dildə cavablandıran dövlət başçımız Azərbaycanın haqq işini demək olar ki, bütün dünyaya bir daha bəyan etdi.

    Əvvəlki müsahibələrində olduğu kimi yenə də Ermənistan rəhbərliyinə mesaj göndərdi: iki qonşu dövlət kimi sülh və əmin-amanlıq şəraitində yaşamasğımız hər iki dövlətin gələcək inkişafına çox önəmli dəyərlər verəcək. Ermənilər artıq məğlubiyyətlə razılaşsa da bəzi təxribatçılar yeni xülyalarla yaşayırlar. Xankəndinin stasundan söhbət gedə bilməz.

    Dövlətimizin başçısı Xocalı faciəsini yeni müstəvidə media iştirakçılarına xatırlatdı.
    Rusiya, Yunanıstan, İspaniya, Yaponiya jurnalistlərinin suallarına səmimi, lakin kəskin cavabları cənab Prezidentimizin öz xalqına, dövlətinə nə qədər yaxın olduğunu, müharibə dövründəki birliyimizi bir daha göstərdi.

    Mətbuat konfransının çox böyük elmi, ictimai-siyasi əhəmiyyəti Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırılmasındadır. Erməni diasporunun dünyada yaratdığı mif köpük kimi dağıldı.

    İşğal altında olan torpaqlarımızın Ali Baş Komandanın və müzəffər ordumuzun fədakarlığı ilə azad olunmasından sonra bir sıra xarici jurnalistlərin həmin rayonlarda gördükləri vandalizmi konfrans iştirakçıları dönə-dönə qeyd edib, cənab İlham Əliyevlə həmfikir oldular.

    Uzun illər keçsə də biz cənab Prezidentimizin uzaqgörən siyasəti ilə dünya ictimaiyyətinin fikrini dəyişə bildik.  Bu, Azərbaycanın Qarabağla bağlı ikinci qələbəsi idi.

    Həsənağa Əliyev, 

    “Yeni həyat” (Masallı) qəzetinin məsul katibi.
    PAYLAŞ:

    Oxşar xəbərlər