“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin Müşahidə Şurasının tərkibi təsdiqləndi - SƏRƏNCAM

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin Müşahidə Şurasının tərkibi təsdiqləndi - SƏRƏNCAM
  • Siyasət

  • Prezident İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. 

    Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

    Sərəncama əsasən, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:

    Müşahidə Şurasının sədri

    Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri

    Müşahidə Şurasının üzvləri

    Rəhman Hümmətov – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

    Mətin Eynullayev – Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak

    Məsələləri Dövlət Xidmətinin rəis müavini

    Zaur Qurbanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini

    Vüqar Məcidli – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri.
    PAYLAŞ:

    Oxşar xəbərlər