Sergey Lavrov ilə Con Kerri arasında telefon danışığı olub

Sergey Lavrov ilə Con Kerri arasında telefon danışığı olub
  • Siyasət / Dünya

  • Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerri arasında telefon danışığı olub.

    LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Telefon söhbəti zamanı Paris İqlim Sazişinin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

    Rusiyanın xarici işlər naziri ABŞ-ın yeni adminstrasiyasının Paris çoxtərəfli razılaşmasında iştiraka qayıtmaqla bağlı niyyətindən məmnunluğunu ifadə edib. Bundan əlavə, söhbət zamanı iqlim məsələləri ilə bağlı bir sıra məsələlər müzakirə edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər