XİN: Siyəzən, Kürdəmir və Qəbələ rayonlarına raket hücumları Ermənistanın münaqişə zonasının coğrafiyasını genişləndirmək cəhdlərindən xəbər verir

XİN: Siyəzən, Kürdəmir və Qəbələ rayonlarına raket hücumları Ermənistanın münaqişə zonasının coğrafiyasını genişləndirmək cəhdlərindən xəbər verir
  • Siyasət

  • Xarici İşlər Nazirliyi (XİN) Ermənistan tərəfindən Azərbaycanın münaqişə zonasından çox uzaqda yerləşən yaşayış məntəqələrinə hücumların davam etməsinə dair açıqlama yayıb.
    XİN-in Mətbuat xidməti idarəsindən LEQAL.AZ-a bildiriblər ki, Ermənistanın silahlı qüvvələri beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa dair öhdəliklərini kobud şəkildə pozaraq, Azərbaycanın əhalinin sıx yaşadığı yaşayış məntəqələrini qəsdən atəşə tutmağa davam edir.
    Oktyabrın 22-də səhər saatlarında Azərbaycan ərazisi Ermənistan ərazisindən əməliyyat-taktiki raket kompleksindən atılan ballistik raketlərin atəşinə məruz qalıb. Ermənistan silahlı qüvvələri münaqişə zonasından yüzlərlə kilometr məsafədə yerləşən Siyəzən rayonu istiqamətində 3, Qəbələ rayonu istiqamətində 2 və Kürdəmir rayonu istiqamətində 1 raket atıb. Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub.
    Gəncə və Mingəçevir şəhərlərindən sonra Azərbaycanın işğal olunmuş ərazilərindən xeyli kənarda yerləşən Siyəzən, Kürdəmir və Qəbələ rayonları istiqamətində raketlərin atılması Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı yeni dəhşətli cinayətlər törətmək üçün növbəti cəhdidir.
    Bu hücumlar bir daha Ermənistanın münaqişə zonasının coğrafiyasını genişləndirmək cəhdlərindən xəbər verir və onun vəziyyəti daha da gərginləşdirməyə xidmət etdiyini göstərir.
    Ermənistanın bu təcavüz aktlarını qətiyyətlə pisləyir, beynəlxalq ictimaiyyəti Ermənistanı beynəlxalq hüquqa və öhdəliklərinə riayət etməyə məcbur etmək üçün lazımi addımlar atmağa çağırırıq.
    Münaqişənin diplomatik həlli yolunun olmadığını bildirən, Azərbaycanın mülki əhalisini və yaşayış məntəqələrini atəşə tutmaq əmrini verən Ermənistan rəhbərliyi bölgədə gərginliyin artmasına, habelə Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü zamanı törədilən müharibə cinayətlərinə görə tam məsuliyyət daşıyır.
    PAYLAŞ:

    Oxşar xəbərlər