Ermənistan ərazisindən Siyəzən, Qəbələ və Kürdəmir istiqamətində ballistik raketlər atılıb

Ermənistan ərazisindən Siyəzən, Qəbələ və Kürdəmir istiqamətində ballistik raketlər atılıb
  • Siyasət

  • Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub.
    Düşmən tərəfindən saat 07.00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb.

    LEQAL.AZ xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

    Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub.
    Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur.
    PAYLAŞ:

    Oxşar xəbərlər