ABŞ və Fransadan olan diplomatlar noyabrın 18-də Dağlıq Qarabağ məsələsini müzakirə etmək üçün Moskvada olacaqlar.
LEQAL.AZ Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ və Fransa nümayəndələrinin noyabrın 18-i Dağlıq Qarabağ üzrə görüş üçün Moskvaya səfəri ilə bağlı məlumatları şərh edərkən "TASS"a bildirib.
M.Zaxarova deyib: "Bəli, təsdiqləyirəm".
Qeyd edək ki, bundan əvvəl Rusiya XİN rəhbəri Sergey Lavrov ATƏT-in Minsk Qrupunun nümayəndələrinin Moskvada bu həftə görüşünün baş tutacağını bildirmişdi.