Ermənistanın işğalçılıq və terror siyasəti bütün dövlətlər və təşkilatlar tərəfindən qınanmalıdır

Ermənistanın işğalçılıq və terror siyasəti bütün dövlətlər və təşkilatlar tərəfindən qınanmalıdır
  • Siyasət

  • Ermənistan ordusunun Bərdə şəhərini qadağan olunmuş raketlərdən istifadə edərək atəşə tutması nəticəsində çoxlu sayda mülki şəxsin həlak olması və yaralanması beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır. Dinc insanların qətlə yetirilməsi ermənilərin əsl xislətinin növbəti göstəricisi olmaqla yanaşı, erməniliyin iç üzünü də bütün dünyaya göstərir. Təsadüfi deyil ki, hər zaman qərəzli açıqlamaları ilə seçilən “Human Rights Watch” və “Amnesty International” kimi təşkilatlar da ermənilərin bu qanlı terrorunu qınayan bəyanatlar yayıblar.

    Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçılıq müharibəsinin tarixi kökləri erməni tarixinin mahiyyətindədir. Hər fürsətdə öz çirkin fəaliyyətlərindən çəkinməyən mənfur ermənilər döyüş mey­danında müzəffər ordumuzun qarşısında dayana bilmirlər. Əksinə, onlar insanlığa sığmayan, beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan əməllərini davam etdirirlər. Humanitar atəşkəsin Ermənistan tərəfindən pozulması beynəlxalq hüquqa çox böyük zərbədir.

    Ermənistan silahlı qüvvələrinin hərbi cinayətlər törədərək, beynəlxalq hüququn normaları ilə qadağan olunan kaset bom­balarından istifadə etməklə, oktyabrın 27-də Bərdə şəhərini raket zərbələrindən atəşə tutması nəticəsində 4 nəfər dinc sakin həlak olub, 13-ə yaxın insan yaralanıb. Oktyabrın 28-də isə Bərdəyə Ermənistan tərəfindən yenidən endirilən raket zərbələri nəticəsində 21 nəfər dinc sakin həyatını itirib, 70-ə yaxın insan xəsarət alıb.

    Oktyabrın 27-də və 28-də törədilmiş həmin terror aktlarının nəticəsində ölənlər və yaralananlar arasında azyaşlı uşaqlar və qadınlar da var. Mülki infrastruktura ciddi ziyan dəyib. Döyüş zonasından uzaq məsafədə yerləşən Bərdə şəhərinə iki gün ardıcıl şəkildə raket zərbələrinin endirilməsi nəticəsində mülki şəxslərin vəhşicəsinə qətlə yetirilməsi erməni faşiz­minin növbəti təzahürüdür.

    Ümumiyyətlə, sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin atəşi ilə Azərbaycanın müxtəlif şəhərlərində 91 mülki şəxs həlak olub, 400 nəfər yaralanıb. Dinc əhaliyə qarşı törədilən bu terror aktları bir daha onu göstərir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq humanitar hüquq normalarını, xüsusilə “Müharibə zama­nı mülki şəxslərin müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyanı, BMT-nin Uşaq Hüquqları Konvensiyasını, habelə insan hüquq­ları sahəsində digər beynəlxalq hüquq sənədlərini kobud şəkildə pozmaqla təcavüzkar siyasətindən əl çəkmir, sülh və insanlıq əleyhinə yönəlmiş cinayətlərini davam etdirir.

    Biz veteranlar, dünyanı Ermənistan hökumətinin qadağan edilmiş silahlar­dan istifadə edərək beynəlxalq hüququn normalarını kobud şəkildə pozaraq Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi hərbi və qeyri-insani cinayət əməllərini və qəddar işğalçı siyasətini qınamağa çağırırıq. Ümid edirik, bütün dünya bizim haqq səsimizi eşidəcək, erməni terroru və xisləti hər bir insan tərəfindən layiqli cavabını alacaqdır.

    Cəlil Xəlilov,
    Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik

    PAYLAŞ:

    Oxşar xəbərlər