BRİCS 2006-cı ildə yaradılıb və yarandığı gündən beynəlxalq münasibətlər sisteminin demokratikləşməsinə xidmət edir.
2009-cu ildən bəri isə hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri əlaqələndirən bloka, eyni zamanda dünya əhalisinin təxmini yarısını və qlobal iqtisadiyyatın 1/4 -dən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzinə çevrilib.
Hal-hazırda təşkilatın 9 üzvü vardır. XVI BRICS Sammiti bu il oktyabr ayının 24-də Kazan şəhərində keçirilmişdir. Builki BRICS Sammitinə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterres qatılıblar.
BRICS ölkələri beynəlxalq hüquq, ərazi bütövlüyü, suverenlik və bir-birinin daxili işlərinə müdaxilə etməmə prinsiplərinə sadiq qalaraq, dövlətlər arasında qarşılıqlı, faydalı münasibətləri dəstəkləyir, siyasi gündəliyin yalnız bir qrup ölkə tərəfindən inhisarlaşdırılmasının qarşısını alır. Daha ədalətli beynəlxalq nizamın inkişafına və qlobal idarəetmənin təkmilləşdirilməsinə xidmət edir. Ölkəmiz dünyada böyük nüfuza sahibdir və etibarlı tərəfdaş kimi qəbul olunur.
Şərq və Qərb dövlətləri ilə həm ikitərəfli, həm də müəyyən ittifaqlar çərçivəsində güclü əlaqələr qurmağı bacaran Azərbaycanın multilateralizm prinsipini əsas götürərək çoxtərəfli diplomatiya həyata keçirməsi olduqca məntiqlidir. Bakının BRICS çərçivəsində əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir. BRICS ölkələri beynəlxalq hüquq, ərazi bütövlüyü, suverenlik və bir-birinin daxili işlərinə müdaxilə etməmə prinsiplərinə sadiqdirlər. Platforma dövlətlər arasında qarşılıqlı faydalı münasibətləri dəstəkləyir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/ “BRICS+” formatının ilk plenar iclasında çıxış etmişdir.“Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib.
Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir”.Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri Azərbaycanın ərazisindən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq”.
“Çox sevindirici bir haldır ki, noyabr ayında ən böyük iqlim konfransı - COP29 Bakıda keçiriləcək. COP29-un Azərbaycanda keçirilməsinə dair 200-ə yaxın ölkənin yekdil qərarı Azərbaycanın dünyada hörmət sahibi olduğunun sübutlarından biridir. Bu, eyni zamanda Azərbaycan Prezidentinin böyük siyasəti və nüfuzunun göstəricisidir.”
Ölkəmiz dünyada böyük nüfuza sahibdir və etibarlı tərəfdaş kimi qəbul olunur .
Eyni zamanda, ölkəmiz uğurlu hərbi əməliyyat həyata keçirməklə torpaqlarımızı azad edib, 30 illik işğala son qoyub və regionda yeni reallıqlar yaradıb. Ölkəmizin irəli sürdüyü sülh təşəbbüsü dünya dövlətləri tərəfindən müsbət qarşılanıb.
Əntiqə Tağıyeva,
Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru