Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib

Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib
  • Cəmiyyət

  • Oktyabrın 24-də Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclası keçirilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak etmək üçün “Kazan Expo” Beynəlxalq Sərgi Mərkəzinə gəldi.Əvvəlcə XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının nümayəndə heyətləri başçıları - iştirakçılar birgə foto çəkdirdilər.Rusiya Prezidenti Vladimir Putin çıxış üçün sözü Azərbaycan Prezidenti İlham Əliyevə verdi.Dövlətimizin başçısı tədbirdə çıxış etdi.O, çıxışında belə möhtəşəm bir tədbirə dəvətə görə Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinə öz təşəkkürünü bildirib.Rusiya Federasiyasını BRICS-də uğurlu sədrliyi münasibətilə təbrik edib."Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir".Azərbaycan Prezidenti çıxışında bildirib ki,öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.

    “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri Azərbaycanın  ərazisindən keçdiyini, bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərdiyini qeyd edib.

    Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq".Növbəti ayda Bakının ən böyük beynəlxalq iqlim konfransı – COP29-un keçirilməsinin məkanı olacağını söyləyən dövlətimizin başçısı təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarının bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutu olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

    Dövlətimizin başçısı tədbirdəki  çıxışının sonunda demişdir:"Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik".



    Ziyafəddin Cavadov,
    Qızılağac kənd S.Xəlilov adına 1 nömrəli tam orta məktəbin müəllimi


    PAYLAŞ:

    Oxşar xəbərlər