"Sevgi” kompozisiyası - Rəssamın gözü ilə ...

"Sevgi” kompozisiyası - Rəssamın gözü ilə ...
  • Mədəniyyət

  • Sevgi o qədər saf və məsumdur ki, orda nə pislik, nə kədər, nə qəm-qüssə görə bilərik. Yaşlı bir insandan soruşsaq ki, geridə qoyduğunuz illərdə sizi nə xoşbəxt edib, əmin olun ki, ilk öncə sevdiyi, sevildiyi anlardan söz açacaq. Sevdiyi insan, onun sevgisi, yəni sevgiylə bağlı nə varsa, onları xatırlayıb,onları danışacaq.

    İncəsənətin həyatımıza daxil olduğu bütün dövrlərdə onun başlıca və daimi mövzusunun insan olması danılmazdır. İnsanın daxili aləmində hifz olunan dəyərli keyfiyyətlərin təsdiqləyicisi olan, onun gözəlliyinə müxtəlif dövrlərdə münasibət bir-birindən fərqli olub.

    Rəssamlarımız qadın gözəlliyinin vəsfi üçün ilkin və qədim qaynaq kimi məşhur şairlərimizin əsərlərindən istifadə ediblər. Amma gənc heykəltaraş - rəssam Müstəqil Balayevin yaratmış olduğu bu kompozisiya onun öz xəyallında canlandırdığı "sevgi" kompozisiyasıdır. Əsərdə göründüyü kimi, bir qız rəssamın sərgisinə gəlir, rəssam bu vaxt onu görərək sevinir, və ona yaratmış olduğu öz gözü ilə desək "sevgi" kompozisiyasını qıza təqdim edir...

    Qadın gözəlliyini duymağa və dəyərləndirməyə xidmət edən belə tablolu "sevgi" kompozisiyası zövqün formalaşmasında rolu böyükdür, desək, yanılmarıq.

    Qeyd edək ki, Müstəqilin atası, tanınmış heykəltəraş - rəssam İlqar Balayev neç - neçə rəssamlar yetişdirib. Qardaşı Akşin də tanınmış gənc rəssamdır. Onlar Masallı şəhərində yerləşən Qəhrəmanlar Parkının da müəllifidirlər.

    Müəllif: Leqal.az

    PAYLAŞ:

    Oxşar xəbərlər