İşğaldan azad olunan ərazilərdə icra olunan layihələr Azərbaycanın potensialının göstəricisidir

İşğaldan azad olunan ərazilərdə icra olunan layihələr Azərbaycanın potensialının göstəricisidir
  • Siyasət

  • Dövlət başçısı cənab İlham Əliyev müharibədən sonra azad olunmuş rayonlara vaxtaşırı səfərlər edir, həmin torpaqlardan qarşıda duran vəzifələrlə bağlı öz mesajlarını ictimaiyyətə, eləcə də dünyaya çatdırır. Bu baxımdan, Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Füzuli və Xocavənd rayonlarına, eləcədə Şuşa şəhərinə səfər etmələri də qanunuyğunluğu pozmadı. Prezident İlham Əliyev həmin bölgələri qalib ordunun Ali Baş Komandanı kimi ziyarət etdi, bir sıra infrastruktur layihələrinin, quruculuq işlərinin təməli qoyuldu. Bundan əlavə, Ali Baş Komandan tərəfindən Hadrut qəsəbəsində dövlət bayrağımız ucaldıldı.

    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi xalqımızın çoxəsrlik tarixində mühüm yer tutur. Dövlət sərhədlərini bərpa edərək, Azərbaycan xalqı son əsrdə hərbi və diplomatik sahədə ən böyük qələbəni qazanmışdır. Qələbəni əbədiləşdirmək üçün köçkünlərin yurdlarına qayıtması təmin ediləcək. Ən əsası, böyük bərpa prosesinin vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə daxil edilməsində mühüm körpü olacağı heç kimdə şübhə doğurmur.

    Artıq azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa işlərinə başlanılmışdır. Bərpa- quruculuq işlərinin həyata keçrilməsi üçün 2021-ci ilin dövlət büdcəsində 2,2 milyard manat vəsait də ayrılmışdır. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə Qarabağ Dirçəliş Fondu da təsis olunmuşdur.Fondun yaradılmasında əsas məqsəd işğaldan azad olunmuş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsidir.Beləliklə, müharibədən sonrakı Qarabağın inkişafı istiqamətində genişmiqyaslı layihələr aparılır. Bərpa-quruculuq və yenidənqurma işlərinə bütün tərəfdaşlar və marağı olan ölkələr cəlb edilir. Artıq konkret müqavilələr də var və bu işə Qarabağın bərpası prosesinə xarici ölkələrin marağı da artır. Azərbaycanın sevincini bölüşən və Qarabağın bərpasına töhfə vermək istəyən qardaş və dost ölkələr də erməni vandalizminin izlərini silməyə hazır olduqlarını bildirirlər. Bir sözlə, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi bərpa-quruculuq işləri həyata keçirən ölkəmiz üçün yeni imkanlar üfüqi açmışdır.


    Əsəd Əsədli,
    Masallı Dövlət Regional Kollecin müəllimi.
    PAYLAŞ:

    Oxşar xəbərlər