Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və iranlı həmkarı Hüseyn Əmir Abdullahyan arasında telefon danışığı baş tutub.
Leqal.az xəbər verir ki, telefon danışığı zamanı ikitərəfli, regional və beynəlxalq məsələlər müzakirə olunub.
Tərəflər qonşuların suverenlik, müstəqillik və ərazi bütövlüyü barədə danışıblar və qonşuluq əlaqələrinin zədələnməsinə icazə verilməyəcəyini vurğulayıblar.