Azərbaycanın 182 yaşayış məntəqəsinə mərmi atılıb - RƏSMİ

Azərbaycanın 182 yaşayış məntəqəsinə mərmi atılıb - RƏSMİ
  • Siyasət

  • “Ermənistan Azərbaycanın 182 yaşayış məntəqəsinə mərmi atıb”.

    LEQAL.AZ oxu.az-a istinadən xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı keçirilən brifinqdə bildirib.

    “Ağdama 43, Tərtərə 40, Ağcabədiyə 28, Goranboya 25, Göygölə altı, Füzuli 17, Şəmkir, Qəbələ, Kürdəmir, Xızı, Beyləqan və Qaradağın hər birinə bir mərmi atılıb.

    Ən çox raket isə Goranboya düşüb ki, 49 təşkil edir. Füzuliyə 34, Bərdəyə 30, Tərtərə 18, Ağcabədiyə 14 və Gəncə şəhərinə 22 raket atılıb”, - deyə o qeyd edib.

    V.Qasımlı vurğulayıb ki, Azərbaycanın yaşayış məntəqələrinə 27308 mərmi atılıb:

    “Ən çox mərmi Tərtər rayonuna atılıb ki, bu da 15468-dir,  Ağdama 9291, Ağcabədiyə 1567 və Goranboya 623 mərmi zərbəsi endirilib”.
    PAYLAŞ:

    Oxşar xəbərlər