ANAMA 175 partlamamış hərbi sursat və 2 dron aşkarlayıb

ANAMA 175 partlamamış hərbi sursat və 2 dron aşkarlayıb
  • Cəmiyyət

  •    Daxil olmuş 40 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Arazbar, Böyük Kəhrizli, Hacılar, Qaradolaq, Yeni Qaradolaq, Yuxarı Qiyaməddinli kəndləri, Ağdam rayonunun Bəybabalar, Çəmənli, Mahrızlı kəndləri, Bərdə rayonunun Xantorpaq, Əlyanlı kəndləri, Beyləqan rayonunda “Mayak” adlanan əraziyə, Füzuli rayonunun Alxanlı, Böyük Bəhmənli kəndləri və Horadiz şəhəri, Goranboy rayonunun Tapqaraqoyunlu, Şəfəq, Səfibəyli, Hacalı kəndləri, Naftalan rayonunun Qaşaltı kəndi, Tərtər rayonunun Borsunlu, Yuxarı Sarıcalı kəndləri, Qızıloba qəsəbəsi, V.Orucov, H.Hacıyev, V.Hüseynov küçələrinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 33 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 175 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 35 ədəd partlamış mərmi qalıqları aşkarlanıb.

         Agentliyin partlayış qrupu tərəfindən 1 ədəd raket, 1 ədəd 9N235 bombacığı və 2 ədəd dron zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəssislər tərəfindən 9714 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

        Ümumilikdə agentlik tərəfindən sentyabrın 27–dən oktyabrın 23-dək 829 siqnal (əməliyyat çağırışı) əsasında 687 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Naftalan, Kürdəmir, Füzuli, Tərtər, Tovuz, Şəmkir, Hacıqabul, Zərdab, Xızı, Oğuz, Qəbələ rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisində ev və həyətyanı sahəyə, neft kəmərinin yaxınlığına, Mingəçevir İES-in ərazisinə, Bakı-Tbilisi-Ceyhan Boru Kəmərinin yaxınlığına, əkin və otlaq sahələrinə, yol kənarına, meşə massivinə, məktəbə baxış keçirilib, 282 ədəd partlamamış hərbi sursat (PHS), 1144 ədəd 9N235 bombacıqları, 1180 ədəd müxtəlif çaplı patronlar, 1 ədəd qaz qumbarası, 14 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator, 6 ədəd dron (zərərsizləşdirilib), 2 ədəd raketin mikrosxemi və 401 ədəd partlamış raket hissələri aşkar olunub.


    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər