"Taliban" Əfqanıstanda qurduğu müvəqqəti hökumətin xarici işlər naziri Əmir Xan Mottakinin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 14-də Türkiyəyə rəsmi səfər edəcək.
Leqal.az TASS-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstan KİV-ləri məlumat yayıb.
Bildirilib ki, səfər Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvət əsasında baş tutacaq.
Görüşlərdə ikitərəfli münasibətlərin inkişafı, humanitar yardım, iqtisadi-ticari əlaqələr və s. məsələlərin müzakirə olunacağı vurğulanıb.
Qeyd edək ki, bu, "Taliban"ın Əfqanıstandakı ikinci hakimiyyəti dövründə Türkiyəyə ilk rəsmi səfərdir.