İran-Pakistan sərhədində gərginlik müşahidə olunur.
Rəsmi İslamabad Pəncqur şəhərinə çoxsaylı ağır texnika və canlı qüvvə cəlb edib.
Bildirilir ki, 2 ölkə sərhədindəki gərginliklə bağlı bir neçə versiya irəli sürülür. Versiyalardan biri yaxınlarda İranla sərhəddə Pakistan postuna silahlı dəstənin hücumu ilə əlaqələndirilir.
Qeyd edək ki, hadisədə 1 pakistanlı hərbçi həlak olmuş, 1-i isə yaralanmışdı.
İkinci əsas versiya isə İranın Azərbaycanla dövlət sərhədində rəsmi Tehranın təşkil etdiyi hərbi təlimlər əsas göstərilir.