Tarixən Azərbaycan torpağlarında yaradılan Ermənistan dövləti zaman keçdikcə öz ərazisini genişləndirmək məqsədi ilə əsassız olaraq qonşu dövlətərə əsasəndə Azərbaycan Respublikasına qarşı torpaq iddiası tələb edirdi.
Bu əsassız iddianı reallaşdırmaq məqsədi ilə müxəlif çirkin əməllərlə, terrorçuluq ve qeyri insani hərəkətlərlə Azərbaycana qarşı müharibələr, soyqrımlar törədib. Bunlara “31 mart soyqrımı”, “Xocali faciəsi”, “Ağdaban faciəsi” “Bakının işğalı” Şamaxı, Lənkəran soyqrımı və s. göstərmək olar. Bunlardan basqa Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra Ermənilər dahada azğınlaşaraq ordumuzu və mülki əhalimizi yaşayış məntəqələrimizi atəşə tutaraq çoxsaylı dinc sakinləri uşaqları qətlə yetiriblər.
Bu hadisələr Azərbaycan dövlətinin qurucusu olan Prezident Heydər Əliyev və onun siyasi davamçısı olan Cənab İlham Əliyevin dünya ölkələrinin, beynəlxalq təşkilatların diqqətinə o cümlədən xarici media nümayəndələrinə verdiyi müsahibələrində dəfələrlə vurğulamışdır. Bu qədər haqlı olduğumuza baxmayaraq Ermənistanın terror əməllərinə hələdə layiqincə təsir göstərilməmişdir.
27 sentyabr 2020-ci il baş vermiş 44 günlük müharibə ərzində xarici diplomatlar, jurnalistlər beynəlxalq təşkilatlar bizə qarşı törədilən müharibə cinayətləri və işğal olmuş ərazilərimizdə vandalizm törədilməsinin dəfələrlə canlı şahidi olmuşlar. Ölkə başçsı Cənab İlham Əliyev bu məsələ ilə bağlı çox mühüm işlər aparmışdır. Ölkəmizin dəvəti ilə ölkəmizə gələn turistlər və əcnəbilər həmin ərazilərdə dəfələrlə olmuşlar. Gördüklərindən dəhşətə gələrək bu əraziləri “Qafqazin Xrosimadası” adlandırıblar.
Ermənistan döyüş meydanında məğlub olarkən yenə də ən çirkin əməllərə əl atdı, mülki şəxslərə qarşı hərbi təxribat törətdi. Yüzdən çox mülki şəxs erməni faşizminin qurbanı oldu. Şəhər və kəndlərimiz müntəzəm olaraq daim atəş altında idi. Ermənistan qadağan olunmuş silahlardan istifadə edirdi, ağ fosforlu bombalardan, ballistik raketlərdən istifadə edirdi.
Təkcə Tərtərə gün ərzində 2 mindən artiq mərmi atılırdı. Ağdam, Füzuli, Bərdədə hədəf dinc sakinlər olmaqa müntəzəm atəş altında saxlanılırdı. Gəncəyə, Mingəçevirə atilan ballistiq raketlər və qadağan olunmuş silahlardan istifadə etmələri Ermənistanin nə qədər cinayətkar bir ölkə olduğunu dünyaya sübut edirdi. Törətdiyi əməldən peşiman olmadan Cenevrə konvensıyasının tələblərini dünya ölkələrinin gözü önündə pozurdu. Açıq aşkar müharibə cinayətləri törədilirdi.
Buna baxmayaraq 44 günlük müharibə Azərbaycanın qələbəsi ilə başa çatdı. Bu törədilən cinayətkarlığa beynəlxalq hüquqi qiymət verilməsi üçün Cənab İlham Əliyevin göstərişi ilə Ermənistanın beynəlxaq cinayət məhkəməsinə cəlb etmək üçün bütün sənədlər, faktlar, sübutlar hazırlanıb.
İnanırık ki, bu törətdiyi cinayətə görə Ermənistan layiqli cavabını alacaq.
Çingiz Quliyev,
Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı