Türkiyə və Rusiya Əfqanıstana humanitar yardım göndərəcək

Türkiyə və Rusiya Əfqanıstana humanitar yardım göndərəcək
  • Siyasət

  • Rusiya və Türkiyə rəsmiləri yaxın vaxtlarda Kabil hava limanına humanitar yardım çatdırmaq planlarını "Taliban" radikal hərəkatına bildiriblər. 

    LEQAL.AZ unikal.org-a istinadən xəbər verir ki, xəbər verir ki, bu barədə "Taliban" rəsmisi məlumat verib. 

    "Son vaxtlar hava limanına Özbəkistan, Qazaxıstan və Pakistandan başqa Qətər, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərindən təyyarələr eniş edir. Rusiya və Türkiyə də bizə yaxın günlərdə yardım göndərəcəklərinə inandırdı. Həmin yardımlar hava limanından Əfqanıstan xalqına göndərilir", - deyə məlumatda qeyd olunub. 

    Eyni zamanda, beynəlxalq sərnişin hava daşımalarının tam bərpa olunmasına mane olan müəyyən çətinliklərin qaldığı vurğulanıb:

    "Beynəlxalq uçuşlar terminalındakı texniki problemlərin təxminən 10-15% -i hələ də həll olunmamış qalır. Buna baxmayaraq, yaxın gələcəkdə bunları həll etməyi planlaşdırırıq". 
    PAYLAŞ:

    Oxşar xəbərlər